Zərdabda ikimərtəbəli yaşayış binasında yanğın başlayıb

Zərdabda ikimərtəbəli yaşayış binasında yanğın başlayıb

Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

“112” qaynar telefon xəttinə Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Mənbə

Share: