“Zabuxu təslim etməyəcəyik!”- Futbol matçında hay azarkeşlərdən təxribat…-FOTOLAR+VİDEO

 

“Təbii ki, Azərbaycanın müvafiq qurumları da təxrİbatçıların məsuliyyətə cəlb olunmasını tələb etməlidir…”

“Qarabağ Ermənistandır”, “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik!” .

Ermənistanın “Pyunik” komandasının Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşdığı futbol matçında hay azərkeşlər tərəfindən belə işğalçı və revanşist xislətli şüarlar səsləndirilib.

Milletinsesi.az xəbər verir ki, bu haqda erməni saytları məlumat yayıb.

İrəvandakı Respublika stadionunda Çempionlar Liqasının III təsnifat mərhələsinə  aid “Pyunik” – “Srvena Zvezda” (Serbiya) qarşılaşmasının cavab oyununda  hay azarkeşlər Azərbaycana qarşı təxribata əl atıblar.

Oyunun əvvəlində bir neçə erməni azarkeş “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılmış pankart açıblar.

İkinci hissənin əvvəlində isə bir qrup azarkeş “Axavnonu(Zabux-S.L.) təslim etməyəcəyik” yazılı plakatlar ilə meydana çıxıb.

Təxribatçı erməni azarkeşlər haqda Avropanın müvafiq futbol qurumlarının hansısa tədbir görəcəyi barədə hələlik heç bir məlumat yoxdur.

Təbii ki, Azərbaycanın müvafiq qurumları da təxribatçıların məsuliyyətə cəlb olunmasını tələb etməlidir…

Sultan Laçın

Mənbə

Share: