Zakir Həsənov Macarıstanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyədə işgüzar səfəri davam edir.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Macarıstanın müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

 

Görüşdə ölkələrimiz arasında birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mənbə

Share: