Zelenski avstriyalı həmkarı ilə görüşdü 

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə avstriyalı həmkarı Aleksander Van der Bellen ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında humanitar əməkdaşlıq müzakirə olunub.

 

Tərəflər enerji, iqtisadiyyat, humanitar əməkdaşlıq, Ukrayna icmalarının inkişafı məsələləri barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, Aleksander Van der Bellen prezident olaraq andiçmə mərasimindən sonra ilk səfərini Kiyevə edib.

Mənbə

Share: