Zelenski bu tarixdə and içəcək

Zelenski bu tarixdə and içəcək

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi mayın 20-də keçiriləcək.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ali Radanın iclası zamanı qərar qəbul olunub.

Qərarın lehinə 315 parlamentari səs verib.

Qeyd edək ki, mövcud hakimiyyətin yeni prezidenti Ali Radanı buraxmaq hüququndan məhrum etmək istədiyi üçün andiçməni gecikdirdiyini düşünən Zelenski mərasimin mayın 19-da keçirilməsini istəyirdi.

Share: