Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanına əsasən, Rusiya Federasiyası ilə birbaşa uçuşları bərpa edən “Georgian Airways” şirkətinə qarşı sanksiyalar tətbiq edilib.
Milletinsesi.az xəbər verir ki, aviaşirkətin təsisçisi Tamaz Qayaşviliyə də şəxsi sanksiyalar tətbiq olunub.
Bildirilir ki, tətbiq olunan məhdudiyyətlər paketində aktivlərin bloklanması, ticarət əməliyyatlarının, uçuşların və Ukrayna ərazisindən tranzitin, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, lisenziyaların və digər icazələrin ləğvi nəzərdə tutulur.