Türkiyə bu gündən gəmilərin boğazlardan keçməsi üçün rüsumları artırır

İyulun 1-dən Türkiyə hökuməti ticarət gəmilərinin Bosfor və Çanaqqala boğazlarından tranziti üçün rüsumları 4,42 ABŞ dollarına qaldıracaq.

Bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdülqadir Uraloğlu jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentin sərəncamı əsasında tariflərə hər il yenidən baxılacaq.

Keçən ilin oktyabrından gəmilərin boğazlardan keçməsinə görə ödənişlər xalis tonnaj üçün 4,08 ABŞ dolları təşkil edib.

“1983-cü ildən xarici gəmilər üçün xalis ödəniş 0,8063 dollar təşkil edirdi. 7 oktyabr 2022-ci ildə biz onu 4,08 dollara qaldırdıq və 2023-cü il iyulun 1-dən 4,42 dollar olacaq”, – nazir bildirib.

A.Uraloğlu vurğulayıb ki, bu qərar boğazların keçidini tənzimləyən Montrö Konvensiyasının müddəalarına tam uyğundur.

Mənbə

Share: