Zelenski Rusiyaya qarşı müharibədə minimum-vəzifəni və baş planı açıqladı…

“Rusiyanın bizə qarşı törətdiyi müharibədə Ukraynanın qələbəsinə şübhə etmirəm…”

 

“Bizim minimum-vəzifəmiz 24 fevraladək olan xəttə çıxışdır…”

 

“İşğala məruz qalan insanlarımız zirzəmilərdə, təqaüdsüz və məvacibsiz, qidasız yaşayışa, sadəcə, dözməyə bilər…”

 

“Baş planımız isə Ukraynanın beynəlxalq birlik tərəfindən tanınan 1991-ci ilin sərhədlərinin bərpasıdır…”

 

“Putinin gələcəyi sırf Rusiyanın problemidir və onunla qoy öz cəmiyyəti məşğul olsun…”

 

Ukraynanın işğaldan azad edilməsilə bağlı “baş planı” var, bu, beynəlxalq birlik tərəfindən tanınan 1991-ci ilin sərhədlərinin ərazisidir.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski BBC nəşrinə müsahibəsində bəyan edib.

 

Hazırda Ukraynanın Rusiyanın ona qarşı fevralda başladığı tammiqyaslı müharibədə “minimum-vəzifə”si “24 fevraladək olan xəttə çıxış”dır.

 

Onun sözlərinə görə, bu, ilk mərhələdir və çox vacibdir, “Rusiyanın işğalı nəticəsində insanlar zirzəmilərdə, təqaüdsüz və ya məvacibsiz, qidasız yaşayışa, sadəcə, dözməyə bilər”.

 

Ona görə də məhz  buna yönəlmək lazımdır- “nə qədər insan əzablara düçar edilib və edilməkdə davam edir, biz də bunu bilmirik, ona görə də bu, “minimum-plan”dır.

 

Eyni zamanda, Ukraynanın işğaldan azad edilməsilə bağlı “baş plan”ı da var, bu, beynəlxalq birlik tərəfindən 1991-ci ilin sərhədləri daxilində, o cümlədən Donbas, Donetsk və Luqansk vilayətlərinin işğal edilən hissələri, həmçinin Krım da daxil olmaqla, bütün ərazisidir, prezident qeyd edib.

 

Bütün bunlar Ukrayna ərazisidir və “tamanilə ədalətlidir”, – Zelenski deyib.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində Ukraynanın işğal edilən ərazilərdə saxta referendumlardan sonra bəyan edib ki, Rusiyanın məqsədi Donetsk vilayətinin bütün ərazisinin zəbt edilməsidir və bu, “minimum-vəzifə”dir.

 

Daha sonra Zelenski Ukraynanın qələbəsindən sonra Putinin gələcəyindən danışıb və deyib ki, onun üçün fərq etməz. Bu, sırf Rusiyanın məsələsidir, Zelenski qeyd edib.

 

Dövlət başçısı Ukraynanın bu müharibədə qələbəsinə şübhə etmədiyini bəyan edib, hərçənd, bu, mürəkkəb və çətindir.

 

BBC müxbiri Con Simpson Zelenskidən soruşub ki, Ukrayna qələbə qazanacağı təqdirdə Rusiya prezidenti sağ qalacaqmı?

 

Zelenski deyib ki, “onun üçün fərq etməz”.

 

Simpson dəqiqləşdirib ki, Putin hakimiyyətdə qalarsa, yenə də Zelenski üçün fərq etməz?

 

Ukrayna prezidentinin fikrincə, Rusiya Ukraynanın qələbəsindən sonra “özünün daxili problemləri ilə məşğul olacaq” və bu, “düzgündür”, çünki “öz daxili məsələlərini yad əraziləri zəbt etmək, daxili iqtisadi problemləri başqa iqisadiyyatlar hesabına həll etmək olmaz”.

 

Rusiyalılar “öz ərazilərinə çəkilməlidir” ki, “öz cəmiyyətinə nəyisə izah etməsin” və “işləməyə, dövləti islah etməyə, hansısa iqtisadi islahatlar həyata keçirməyə başlasınlar”, Ukrayna prezidenti hesab edir.

 

Ona görə də “Putinlə nə baş verəcəyi mənim üçün fərq etmir”, Zelenski deyib.

 

O, əlavə edib ki, Putinin gələcəyi sırf Rusiyanın məsələsidir, “qoy onunla onun cəmiyyəti məşğul olsun”.

Mənbə

Share: