Zelenski Təhlükəsizlik Şurasının iclasını çağırdı

 

Avqustun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Şurasının iclasını keçirib.

Milletinsesi.az xəbər verir ki, bunu dövlət başçısı teleqramda yazıb.

V. Zelenski bildirib ki, toplantıda xüsusi diqqət tələb edən bir çox məsələlər müzakirə olunub:

“Biz yüksək dəqiqlikli silahların istifadəsindən danışdıq. İndi detalları səsləndirməyin vaxtı deyil. Amma nəticələrdən razıyam”.

Prezident qeyd edib ki, həmçinin “Taxıl sazişi”nin gələcək perspektivi müzakirə olunub: “Biz dünya qarşısında məsuliyyəti dərk edirik. Hərbi sənayenin inkişafı da diqqətimizdə oldu”.

İclasda nazirlər və generallar iştirak edib.

Mənbə

Share: