BDU-nun magistraturasına qəbul planı 91,24 faiz dolub

 

Bakı Dövlət Universitetində (BDU) 202/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmədən sonra qəbulun nəticələrinə görə 1035 nəfər qeydiyyatdan keçib.

Milletinsesi.az-ın xəbərinə görə, bu haqda  BDU-dan məlumat verilib.

Bildirilib ki, 2023/2024-cü tədris ili üçün BDU-nun magistraturasına qəbul planı 91.24 faiz dolub. Universitet üzrə ən yüksək nəticə balı 97-dir.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində BDU-nun magistratura pilləsinə qəbul üçün ümumilikdə 1199 plan yeri ayrılıb.

Mənbə

Share: