Türkiyənin yeni Baş Qərargah rəisi KİMDİR…

 

Türkiyə Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub. Belə ki, bu vəzifəyə ordu generalı Metin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.

Milletinsesi.az oxucuların marağını nəzərə alaraq yeni Baş Qərargah rəisinin dosyesini təqdim edir.

Metin Gürak 20 avqust 1960-cı ildə Mardinin Kızıltəpə rayonunda anadan olub, 1981-ci ildə Türkiyə Hərbi Akademiyasını, 1982-ci ildə Artilleriya Məktəbini başa vurub.

1985-ci ildə Ordu Aviasiya Məktəbini bitirərək pilot ixtisasına yiyələnən Gürak 1990-cı ildə Türkiyə Hərbi Akademiyasını, 1996-cı ildə isə Silahlı Qüvvələr Akademiyasını bitirib. Müxtəlif birlik və qərargahlarda xidmət edib, 2006-cı ildə briqada generalı, 2010-cu ildə general-mayor, 2015-ci ildə isə general-leytenant rütbələrinə yüksəlib.

2017-ci ilin avqust ayından Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisi vəzifəsini icra edən Gürak prezidentin sərəncamı ilə Baş Qərargahın 2-ci rəisi təyin edilib. 24 dekabr 2021-ci ildə əldə etdiyi nailiyyətlərə görə milli müdafiə naziri Hulusi Akar tərəfindən Türkiyə Silahlı Qüvvələrində Fərqli Xidmət medalı ilə təltif edilib  Gürakın iki övladı və bir nəvəsi var, ingilis və ərəb dillərini bilir.

Mənbə

Share: