“Zelenski və Ərdoğan sülh düsturunun gerçəkləşməsi üçün zəruri olan səyləri müzakirə edib…”

“Ərdoğan Zelenskiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduğunu bəyan edib…”

 

“Liderlər taxıl ixracı sazişinin genişləndirilməsi və “Grain from Ukraine” humanitar təşəbbüsünün gerçəkləşməsi məsələlərini mazakirə edib…”

 

Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yanvarın 20-də telefon danışığı baş tutub.

 

Söhbət zamanı liderlər “Grain from Ukraine” təşəbbüsünün gerçəkləşməsi, “taxıl dəhlizi”nin Ukraynanın digər limanlarına genişləndirilməsi imkanları, Rusiyada saxlanılan ukraynalıların azad edilməsi və sülh düsturu müzakirə edilib.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Türkiyə prezideni administrasiyasının əlaqələr üzrə İdarəsi məlumat verib ki, prezidentlər Rusiyanın Ukraynaya qarşı müharibəsində vəziyyətin inkişafı barədə danışıb və Ərdoğan Zelenskiyə Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

 

Məlumatda deyilir ki, hər iki lider “sülh düsturunun gerçəkləşməsi üzrə zəruri diplomatik səylərin detallarını müzakirə edib”.

 

“Liderlər taxıl ixracı sazişinin uzadılmasının zəruriliyini və onun Ukraynanın digər limanlarına genişləndirilməsi imkanlarını qeyd edib. Dövlət başçıları Ukraynanın “Grain from Ukraine” humanitar təşəbbüsünün bundan sonra da qüvvədə olmasını dəstəkləyib. 

 

Vladimir Zelenski öz həmkarına Ukrayna, Türkiyə və Rusiya ombudsmanlarının Ankarada görüşünün təşkilinə görə minnətdarlığını bildirib. 

 

Ukrayna lideri ümid etdiyini ifadə edib ki, Türkiyə Kremlin siyasi məhbuslarının, mülki girovlar və hərbi əsrlərin, habelə Ukraynanın müvəqqəti işğal edilən ərazilərindən deportasiya edilən uşaqların Ukraynaya qaytarılmasıma dəstək verəcək”, – məlumatda deyilir.

 

Ərdoğan həmçinin Kiyev vilayətinin Brovarı rayonunda baş vermiş helikopter qəzasında o cümlədən Ukrayna daxili işlər nazirliyinin ali rəhbərliyinin həlak olması ilə əlaqədar başsağlığı verib.

 

“O, 2021-ci ildə Türkiyədə meşə yanğınları zamanı Ukrayna DİN -nin yardımını və şəxsən nazir Denis Monastırskinin Ukraynanın Rusiya təcavüzündən müdafiəsində şəxsi tövhəsini qeyd edib.

Mənbə

Share: