Zelenski xahiş etdi, Ərdoğan Putinlə DANIŞACAQ

“Volodimir Zelenskinin bizdən istədiyi Zaporojyenin Rusiya minalarından təmizlənməsi və mövcud durumda təhdidin azaldılmasıdır”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə Lvovda keçirdiyi görüşdən danışarkən deyib. 

 

Zelenskinin ondan nə xahiş etməsi haqda sualı cavablandıran Ərdoğan Zaporojyenin təsadüfi məsələ olmadığını söyləyib.

 

2Bu mövzu ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışacam. Ona görə də Rusiya dünyadakı sabitlik naminə bu adımı atmalıdır. Zaporojyenin təsadüfi məsələ deyil”.

 

Bundan başqa, Ərdoğan həmkarı Zelenskiyə Putinlə Türkiyədə görüş keçirməyi təklif etdiyini diqqətə çatdırıb.

Mənbə

Share: