Zelenskinin “Oskar” mərasimindəki çıxışına icazə verilmədi

Amerika Kino Akademiyası Ukrayna prezidenti Vladimir Zelenskinin Oskar mərasimindəki müraciətini göstərməkdən imtina edib.

Bu barədə “Variety” jurnalı məlumat yayıb.

Juranlın xəbərinə görə, mükafatın təşkilatçıları bununla bağlı Kiyevə ikinci dəfə rədd cavabı verib.

Zelenskinin administrasiyası prezidentin mərasimdə çıxış etmək istəyini rəsmən açıqlamayıb. Ukrayna prezidentinin müraciəti Kann, Venesiya və Berlin kinofestivallarında və Qızıl Qlobus Mükafatlarında nümayiş olunub.

Jurnalın yazdığına görə, keçən il mükafatlandırma mərasiminin prodüseri Uill Paker Zelenskinin çıxışına qarşı çıxıb. O, Ukraynadakı müharibənin ağdərililər arasında getdiyi üçün Hollivudun ona daha çox diqqət yetirdiyini, lakin dünyada baş verən digər münaqişələrə məhəl qoymadığını bildirib.

2023-cü ilin “Oskar” mərasimi martın 13-nə təyin edilib. Bu, 95-ci mərasim olacaq, mükafat 23 kateqoriya üzrə təqdim olunacaq.

Mənbə

Share: