Zülm – ədalətsizlik, haqqı tapdalamaq və başqasının haqqına təcavüz etməkdir. “(Həmin gün batinin aynası olan) üzlər diri, əbədi və varlığı bərqərar saxlayan Allahın qarşısında zəlil və itaətkar olacaqlar. Və əlbəttə, zülm yükü daşıyan kəs (Allahın mərhəmətinə) naümid olacaqdır”. (“Taha” 111).
Zülmün üç növü vardır: Allaha qarşı zülm, insanlara zülm, özünə zülm.
Allaha qarşı zülm.
Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, Allaha qarşı zülm etmək – ən ağır zülmlərdəndir ki, ardınca bəlalar gətirər. İlk baxışda belə görünür ki, insan Allaha zülm edə bilməz. Çünki Allah Qadirdir. Ancaq əgər insan Onun buyurduqları çərçivədən kənara çıxsa və əmrlərinə itaət etməsə, necə? O yerdə ki, Allahın haqqı görməməzliyə vurular və Allahın əmlərinə qarşı laqeydlik edilər – həqiqətdə Allaha qarşı zülm edilmiş olar. Lakin Allah Qadir olduğu kimi, həm də Səburdur. Ona edilən bu qədər üsyan və itaətsizliyə Öz lütf və fəzli ilə səbir edir və qayıtmaqlarını gözləyir. Lakin qəzəblənən zaman, qarşısını heç bir qüdrət ala bilməz. “Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir”. (“Maidə” 95).
İnsanlara zülm.
Zülmün ən çox yayılmış növü – insanlara edilən zülmdür və ya ictimai zülmdür. İnsanların haqqı vardır və onların haqlarına hörmət edilməldir. Cəmiyyətin hər bir üzvü fitri olaraq fayda və mənfəət axtardığı üçün, bacardığı qədər öz xeyirinə işlər görmək istəyir. Lakin çox zaman insanların haqqını tapdalayıb onlara zülm edir.
Özünə zülm.
Qədrini bilməmək və kamil insana layiq haqqı əda etməmək nəfsə edilən zülmdür. İnsan hər nə qədər günah işlədərsə, özünə zülm edər. Çünki istəsə də, istəməsə də ziyanı özünə qayıdacaqdır. Bu yolda həm Allahın və həm də insanların haqqını zay edər.
Alimlərdən buyurur: “Həqiqətdə zülmün üç növü elə özünə zülm etməkdir. Çünki insan zülmə atdığı ilk addımda özünə zülm etmiş olar”.
Özünə zülm etməyin ən bariz nümunəsi – İlahi əmrlərə əməl etməməkdir. “Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar”. (“Təlaq” 1).
Beləliklə, demək olar ki, zülm – başqasının haqqına təcavüz etməklə xilasələnməz, əgər insan öz varlığının əzəmətini tanımasa və öz dəyərini kəşf etmək istəməsə, həqiqətdə özünə zülm etmiş olar.