İnstagramda yaradılan ilk hesab kimə məxsusdur?

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri olan İnstagramda yaradılan ilk 2 hesabın ad hissəsinin boş olduğu məlum olub. Təhlükəsizlik mütəxəssisləri bunun Instaqramda böyük problemlərə gətirib çıxara biləcəyini bildiriblər.

Milletinsesi.az techland.az-a istinadən bildirir ki, smartfonlar və internetin geniş yayılması ilə istifadəçilər sosial media platformalarına böyük maraq göstərdilər. Bu gün fərqli məqsədlərə xidmət edən bir çox sosial media platforması var. Bu platformaların ən məşhurları Facebook, Instagram və Twitterdir.

İnstaqramda açılmış ilk iki hesab haqqında nə demək olar?
İnstagramın da ilk hesabları saytı yaradan proqramçılar tərəfindən yaradıldı. Ancaq bu hesabların kimə məxsus olduğu məlum deyil.

Valerio Brussani adlı təhlükəsizlik mütəxəssisinə görə İnstagramda açılan ilk 2 hesab hər hansı bir ad kodlamasına sahib deyil. Yəni bomboşdur. Proqramçılar buna “ruh istifadəçilər” deyirlər. Bu istifadəçilər hələ platforma ərsəyə gəlmədən yaradılır.

Əslində bu sualın cavabı çox sadədir. Yeni bir sosial media platforması qurulursa, bu platformanın ilk üzvləri qurucuların özləri olur. Məsələn İnstaqram. Instaqram digər platformalar tərəfindən istifadə edilən “Public Key Infrastructure” adlı bir sistemdən istifadə edir. Veb saytların mənbə kodu ilə məşğul olmağı sevirsinizsə, bu sistemdən istifadə edərək İnstaqramdakı ilk hesabları görüntüləyə bilərsiniz.

Bəs ilk real instagram istifadəçisi kimdir?

Beləliklə 2 hesab test üçün yaradıldığına görə ilk real istifadəçi təbii ki, 3-cü istifadəçi hesab edilməlidir. Üçüncü İnstaqram hesabı Mayk Kriegerə məxsusdur. Krieger İnstaqramın qurucularından biridir, amma artıq İnstagram üçün işləmir. O, instagramı Kevin Sistrom ilə birlikdə qurub. 2018-ci ildə şirkətdən ayrılıb. 300 milyon dollar sərvəti olan iş adamı hazırda təşəbbüskarlıq fəaliyyətinə davam edir.

Share: