Koronavirusa qarşı vaksinin Azərbaycana gətirilməsi üçün iş aparılır

Koronavirusa qarşı Azərbaycana vaksinin gətirilməsi istiqamətində müvafiq addımlar atılır.

Milletinsesi.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 19-da keçirilən brifinqdə deyib.

Hikmət Hacıyev bildirib: “Dünyada koronavirus vaksininin istehsalı ilə bağlı gedən proseslər yaxından izlənilir. Beynəlxalq səviyyədə təsdiq olunacaq vaksinin Azərbaycana gətirilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Share: