Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın olub.

Bu barədə Milletinsesi.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 1500 m² olan üçmərtəbəli yataqxana binasının (sökülməkdə olan) ikinci və üçüncü mərtəbələrinin taxtadan ibarət arakəsmələri 70 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Share: