Ərdoğanın “Kanal Istanbul” haqqında fikirləri

Ölkəmizi irəli aparacaq Kanal İstanbul kimi bir layihəni müxalifətin insafına buraxa bilmərik.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Kanal İstanbul ilə ilk hədəflərimiz bunlardır: ətraf mühitlə bağlı təhlükələrin aradan qaldırılması, İstanbulda bu günə qədər yaşanmış qəzalardan (gəmi qəzaları – red.) gələcəkdə xilas olmaq, daha etibarlı dəniz nəqliyyatını təmin etmək… Üstəlik limanlarla əhatələnən bu projenin müstəsna əhəmiyyəti olacaqdır. Bu mənada müxalifətin mövqeyi olduqca çirkindir. Əgər biz onlarla razılaşsaq, heç nə edə bilmərik”, – deyə Ərdoğan bildirib.

Share: