Taksi sürücülərinin yer üstündə davası ölümlə nəticələndi

Bakıda taksi sürücülərinin yer üstündə dava etməsi ölümə səbəb olub.

Millətin Səsi.az  Oxu.az-a istinadən xəbər verir ki, Nizami Ağayev digər taksi sürücüsü Yaşar Ağayevlə avtomobilin saxlanma yeri üstündə mübahisə edib.

Nəticədə onlar arasında dava baş verib.

Dava zamanı Y.Ağayev N.Ağayevi yerə yıxıb. Hadisə nəticəsində N.Ağayev aldığı xəsarətlərdən vəfat edib.

Y.Ağayev saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırmalar aparılır.

youtube views kopen

Share: