![](https://milletinsesi.az/wp-content/uploads/2019/05/erdogan_new_2018.jpg)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək.
Trend-in məlumatına görə, dövlət başçısı Konyaya bu gün yola düşüb.
Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası – 2019” hərbi təlimləri keçirilir.
Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir.