Həddindən artıq isti hava Türkiyənin Ədirnə şəhərindəki Taşaltı gölünə təsir edib. Güclü buxarlanma nəticəsində səthdə qalan duz təbəqəsi gölü ağ rəngə boyayıb. Yaranan mənzərə istirahətə gələnlərin diqqətini çəkib.
Suyun buxarlanması ilə gölün dibindəki duz təbəqəsi üzə çıxıb. Nəticədə, əvvəllər su ilə örtülü olan ərazi ağ rəngli bir görünüş alıb.
Bu qeyri-adi mənzərə həm də havadan görüntülənib.
Üzmək üçün əraziyə gələn istirahətçilər ağ rəngə bürünmüş gölə böyük maraq göstəriblər.
Ziyarətçilərin bəziləri qurumuş göl dibində xatirə şəkilləri çəkdirərkən, məkan qısa müddətdə bölgənin diqqətçəkən yerlərindən birinə çevrilib.


