Hindistanın xarici işlər naziri bazar günü Rusiyaya səfər edəcək

Hindistanın xarici işlər naziri bazar günü Rusiyaya səfər edəcək

Hindistanın baş diplomatı Subrahmanyam Cayşankar 23-24 avqust tarixlərində Rusiyaya səfər edəcək.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi şənbə günü məlumat verib.

Nazirliyin mətbuat açıqlamasında bildirilir ki, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Denis Manturovun dəvəti ilə xarici işlər naziri Dr. S. Cayşankar Ticarət, İqtisadi, Elmi, Texnoloji və Mədəni Əməkdaşlıq üzrə Hindistan-Rusiya Hökumətlərarası Komissiyasının (IRIGC-TEC) 27-ci iclasına həmsədrlik etmək məqsədilə 23-24 avqust tarixlərində Rusiyaya rəsmi səfər edəcək.

Məlumata görə, səfər çərçivəsində Cayşankar həmçinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək və “regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaq”.

Share: