“Meta” şirkətinin rəhbəri, milyarder Mark Zukerberq həyat yoldaşı Prissilla Çanla birlikdə İrlandiyada tarixi qala satın alıb.
Cütlük 1827-ci ildə inşa edilən Strankalli qəsrinin sahibi olub. Uoterford qraflığında yerləşən tarixi mülkün ərazisi təxminən 178 hektardır.
Məlumata görə, Zukerberq və ailəsi ABŞ-da yaşamağa davam edəcək. Alınan daşınmaz əmlakdan biznes məqsədləri üçün istifadə olunacağı bildirilir. Qeyd edək ki, milyarderin rəhbərlik etdiyi şirkətin əsas ofislərindən biri İrlandiyada yerləşir.
Xatırladaq ki, avqustun əvvəlində Mark Zukerberqin yaxtası ilə bağlı qalmaqal yaşanıb. Belə ki, yaxtanın iki qadın və bir uşağın olduğu qayığa kömək etmədiyi bildirilib. Zukerberqin nümayəndəsi isə hadisənin fövqəladə vəziyyət olmadığını və biznesmenin həmin vaxt yaxtada olmadığını açıqlayıb.