Əfqanıstanda 7 hərbçi öldürülüb

Əfqanıstanda hərbi bazaya hücum edilib, ölən və xəsarət alanlar var.

Hadisə Bəlx əyalətində qeydə alınıb.

Belə ki, “Taliban” döyüşçüləri Əfqanıstan ordusunun və ölkənin Milli Təhlükəsizlik İdarəsinin müştərək hərbi bazasına hücum ediblər. Nəticədə 7 hərbçi öldürülüb, 6 nəfər xəsarət alıb.
Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Share: