“Əl əməyi-həyat mənbəyi”  layihəsi  başa çatıb

Moderator.az xəbər verir ki, “Azərbaycan Əlil Ziyalılar”  İctimai Birliyi 15 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı  ilə “Əl əməyi-həyat mənbəyi”  layihəsini  başa çatdırmışdır.

Sözügedən layihə  2 ay müddətində icra edillmişdir. Layihə çərçivəsinə “Əli Ziyalılar” İB  Azərbaycan Gözdən Əlillər Cəmiyyəti ilə  əməkdaşlıq edərək, görmə məhdudiyyəti olan qadın və qızlara onlayn biznesin qurulmasına dair təlimlər təşkil etmişdir.. Təlimlər “Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı internat məktəbi”ndə  və  Azərbaycan Gözdən Əlillər Cəmiyyətində  keçirilmişdir. 

Layihə müddətində  10 nəfər qadın və qıza  güllərin əkilməsinə, becərilməsinə, dekorasiyasına və satışına dair təlimlər keçirilmişdir. Təlimlər zamanı təlimçi gülçülük üzrə peşəkar mütəxəsis olan Nailə Ağcayeva  tərəfindən  görmə qabiliyyəti məhdud olan  qadınlara və qızlara gülçülük sənətinin öyrədilməsi ilə yanaşı, güllərin onlayn  şəkildə  sosial şəbəkələr  vasitəsi ilə satışının təşkil edilməsinə dair təlimlər də keçirilmşdir. Təlimə cəlb olunmuş şəxslərə eyni zamanda  seçdiklərin peşənin inkişaf etdirilməsi üçün Dövlət Məşğulluq Agentliyinin “Özünəməşğulllq” proqramına qoşularaq  maliyyə mənbələrinin əldə edilməsi yolları öyrədilmişdir.

 

Mənbə

Share: