Türkiyə İsveçə etiraz bildirdi 

İsveçin Ankaradakı səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, məlumatı Nazirliyin mətbuat xidməti yayıb.

 

Türkiyə PKK tərəfdarlarının Stokholmda keçirdiyi aksiya ilə İsveçə etiraz bildirib. XİN İsveç səfiri vasitəsilə insidentin araşdırılmasını və hadisədə iştirak edənlərin tapılmasını xahiş edib.

 

Qeyd edək ki, İsveçin paytaxtında PKK tərəfdarlarının nümayişi keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinin Şimali İraq və Suriyada yeni hərbi əməliyyatına etiraz edən iştirakçılar təhqirlər səsləndiriblər.

Mənbə

Share: