“Əmək haqqı və pensiyaların artımı əhalinin məruz qaldığı itkilərini əvəz edə biləcəkmi..?”

“Heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmır”

     

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 3-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədrinin müavini Əli Məsimli deyib.

       

Əli Məsimli bildirib ki, dünyada həyata keçirilən sərt monetar siyasət qlobal iqtisadi artımı zəiflədir. Artıq Azərbaycanda da iqtisadi artım tempinin azaldığını müşahidə edirik. ÜDM ötən il 5,6 faiz artıb. 2023-cü ildə isə ÜDM-in 2,7 faiz artımı proqnozlaşdırılır. Deməli biz yenə sürətli iqtisadi artım trayektoriyasından yavaşımış artım trayektoriyasına qayıdırıq.Belə ssenari çərçivəsində  orta perspektivdə adambaşına ÜDM-in artım tempi də  azalmağa meyllənəcək. Bu halda  sosail məsələlərin həllinin əsas maliyyə mənbəyi iqtisadi artım yox, Dövlət Neft Fondundan əlavə vəsaitin götürülməsi  olacaq. Bu yolla isə biz büdcənin neftdən asılılığının azaldılmasına davamlı xarakter verə bilmərik.Ona görə də iqtisadi artım templərini sürətləndirməkdən ötrü,əlavə tədbirlər görmək,islahatları genişləndirmək və dərinləşdirməklə mövcud imkanlardan səmərəli istifadə edib,sürətli artım templəri trayektoriyasında qalmaq lazımdır.Bundan ötrü kompleks tədbirlər görülməli,ilk npvbədə isə   ölkədə sağlam rəqabət mühiti yaradılmalıdır. Rəqabət olmayan yerdə yetərincə şaxələnmiş və dayanıqlı iqtisadiyyat yoxdur.Ölkədə iqtisadi fəallığın artırılmasının hüquqi bazası kimi “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında”,”Dövlət-özəl tərəfadşlığı haqqında” qanunarın qəbulu ilə  yanaşı, həm də  Rəqabət Məcəlləsi də qəbul edilməlidir.  

       

Əli Məsimli xüsusi vurğulayıb ki, əhali qiymət artımından çox əziyyət çəkir. 2023-cü ilin büdcə sənədlərində bu illə  müqayisədə gələn il inflyasiyann bir qədər səngiyəcəyi və 6,9 faiz təşkil edəcəyi proqnozlaşdırılıb.Amma əhalinin gündəlik tələbat məhsullarının qiymətləri bundan sürətlə artmaqda davam edəcək.Rəsmi məlumatlara görə, bu ilin sentyabr ayına  Azərbaycanda inflyasiya 14 faiz, qida inflyasiyası 20 faizin üstündə olub. Amma bir sıra məhsullar üzrə qiymət artımı bundan xeyli çox-20 faizlə 2 dəfə intervalında,bəzi məhsulalarda isə ondan da yüksək olub. İnflyasiyadan danışılanda bunun səbəblərindən də danışmaq lazımdır. Nazirlər Kabinetinin Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında  21 fevral 2022-ci il tarixli sərəncamının yetərli  səviyyədə işləməməsi məsələsinə də aydınlıq gətirilməliidr.Hökumət strukturlarında daha çox belə bir fikir formalaşıb ki, Azərbaycanda inflyasiyanın artımı idxalla əlaqəlidir. Bunu yaradan amillər sırasında monopoliya da var, amma adı çəkilmir. Azərbaycanda monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur. Amma heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmır. Xahiş edirəm, açıqlayın ki, hazırda mövcud olan inflyasiyanın neçə faizi xarici faktorlardan qaynaqlanır, neçə faizi daxili, neçə faizi isə monopolistlərin törətdiyi  süni qiymət artımınin nəticəsidır? Son vaxtlar bir neçə məhsul istisna olmaqla,qlobal bazarda qiymətlər aşağı düşməyə başlayıb. Amma  Azərbaycanda qiymət artımı davam edir və ilin sonunadək daha da sürətlənməsi gözlənilir. Deməli bütün dünyada olduğu kimi, ölkəmizdə də qiymətlərin aşağı düşməsini üçün monopoliyaya qarşı tədbirlər görülməli, o cümlədən sosial-iqtisadi tərəqqinin  generatoru sayılan Rəqabət Məcəlləsinin qəbulu sürətləndirilməlidir.

           

Əli Məsimli qiymət artımından danışarkən onu da bildirib ki, qiymətlərin indiki kimi sürətlə və həm də iqtisadi və sair baxımdan əsası olmadan artan hissəsinin qarşını almaqdan ötrü görülməsi vacib olan kompleks tədbirlər sırasında gömrükdə islahatlar da xüsusi yer tutmalıdır. Dünyanın heç bir ölkəsində gömrük siyasəti yalnız fiskal amil üzərində qurulmur. Ona görə də islahatlar yolu ilə gömrüyün stimullaşdırıcı, istiqamətləndirici və digər funksiyalıarının aktivliyin artırılması istiqamətində təsirli tədbirlər görülməlidir.

       

Əli Məsimli  xüsusi vurğulayıb ki, qiymət artımı nəticsində əhalinin itkilərini kompensasiya etməkdən ötrü əmək haqqı, pensiya və digər ödənişlər artırılmalıdır. Amma bu məsələ ilə əlaqədar çox ciddi bir sual ortaya çıxır: 2023-cü ilin büdcəsi dövlətin bütün sosial öhdəliklərinin nə dərəcədə yerinə yetirilməsini nəzərdə tutur? Əmək haqlarının, pensiyaların artırılması əhalinin qiymət artımına görə məruz qaldığı itkilərini tam təmin edə biləcəkmi, yoxsa, yox? Bu suala cavab vermək lazımıdır. Əli Məsimli əlavə edib ki,əslində bu, artım deyil, qiymət artımı ilə əlaqədar əhaliyə verilən kompensasiyadır. 2023-cü ilin büdcəsində bu yöndə ayrılan vəsait əhalinin qiymət artımı nəticəsində itkilərini örtmək üçün yetərli olmayacaq. Ona görə də əhalinin aztəminatlı təbəqəsinin vəziyyətinin pisləşməsinin qarşını almaqdan ötrü daha təsirli tədbirləin görülməsinə ehtiyac var.

       

Əli Məsimlinin çıxışında xüsusi yer tutan məsələrdən biri də bank faiz dərəcələrinin aşağı salınması və bankların iqtisadiyyatımıızın real sektoru ilə əlaqəsinin gücləndirilməsi çağırışı oldu.Deputat  həm də bildirdi ki, kiçik və orta sahibkarlığın canlandırılmasına əlavə  impuls verməkdən ötrü digər zəruri tədbirlərlə yanaşı, həm də xarici valyutada olan 10 min dollardan yuxarı  problemli kreditlərin də məsələsinin həlli vacibdir.

 

Mənbə

Share: