
Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti toplantısı başlayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ramşteyn formatında onlayn iclasda silah tədarükü müzakirə olunur.
İclas başlamazdan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin açılış nitqi ilə çıxış edib və konfrans iştirakçıları qapalı toplantıya keçiblər.
Ramşteyn-10-da gündəmin əsas mövzularının Ukraynanın döyüş sursatı və hava hücumundan müdafiə sistemləri ilə təmin olunması, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları üçün tankların və ağır zirehli texnikanın tədarükünün davam etdirilməsi olacağı gözlənilir.
