10-cu Ramşteyn toplantısı BAŞLADI

Ukraynanın müdafiəsi üzrə təmas qrupunun növbəti toplantısı başlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ramşteyn formatında onlayn iclasda silah tədarükü müzakirə olunur.

 

İclas başlamazdan əvvəl ABŞ-ın müdafiə naziri Lloyd Ostin açılış nitqi ilə çıxış edib və konfrans iştirakçıları qapalı toplantıya keçiblər.

 

Ramşteyn-10-da gündəmin əsas mövzularının Ukraynanın döyüş sursatı və hava hücumundan müdafiə sistemləri ilə təmin olunması, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları üçün tankların və ağır zirehli texnikanın tədarükünün davam etdirilməsi olacağı gözlənilir.

Bu xəbər ilə bağlı

10-cu Ramşteyn toplantısı: Öncəkilərdə nələr olub? – İCMAL


Xəbəri oxu

Mənbə

Share: