Adıyaman və Şanlıurfada daşqınlar nəticəsində 10 nəfər həlak olub

Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində leysan yağışları güclü daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 10 nəfər həyatını itirib.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, Adıyaman vilayətinin Tut rayonunda bir nəfər ölüb, 3 nəfər itkin düşüb. Şanlıurfada isə 9 nəfərin həlak olduğu, iki nəfərin isə itkin düşdüyü bildirilir.

Həlak olanlardan beşi suriyalı qaçqınlarıdır. Onların cəsədləri yaşayış binalarından birinin su altında qalan zirzəmisində aşkarlanıb.(anadolu agentliyi)

Mənbə

Share: