Cümşüd Nuriyev Hadı Rəcəblini “yıxdı-sürüdü”

 

Tanınmış siyasətçi Cümşüd Nuriyev  öz feysbuk səhifəsində Milli Məclisinin deputatı Hadı Rəcəblini kəskin tənqid edib:   “H.Rəcəblinin dediyi sözləri tapib, oxuduqdan sonra qərara gəldim ki, ona bəzi məsələləri xatirladim.

  1. Sənin nankor adlandirdiğin bu xalqin ümummilli lideri Heydər Əliyevin birinci hakimiyyəti illərində fəhləlikdən şəki rayonunun birinci katibliyi vəzifəsinədək, ikinci hakimiyyəti illərində iki dəfə (1995, 2000) layiq olmadiğin milli məclisə dürtülmüsən.

  2. Azərbaycan respublikasinin prezidenti İlham Əliyevin prezidentliyi dövründə daha üç dəfə (2005, 2010 və 2015) “nankor xalqin” parlamentinə soxulmisan.

  3. Bəyənmədiyin bu xalqin hesabina hələ doğulmayan nəvələrinə belə var-dövlət yiğmisan. Halbuki bu dövlət üçün can qoyanlar dövlətinə sadiq qadiqlarina görə bir tikə çörəyə möhtacdirlar. İş belə tapa bilmirlər.

  4. Bəyənmədiyin bu xalqin prezidenti İlham  Əliyev cənablari 2007-ci ildə sənə “şöhrət” ordeni ilə təltif edib. Amma təəssüf ki, özün şöhrətli ola bilmədin.

 

Sən necə siyasi elmlər doktorusan ki, sənə bu qədər layiq olmadiqlarini verən bir xalqa qarçi şərəfsiz döyüşə girmisən?Sənin məqsədin nədir? Sifarişi hansi dövlətdən almisan? Nədən sən və sənin kimi girdirmə deputatlar xalq ilə prezident arasinda uçurum yaratmağa çalişirsiniz? Nədən “nankor xalqin” deputati olmaqdan utanmirsiniz? Nədən prezidentin sədri iqtidar partiyasinin adini batirirsiniz? Hələ bu verəcəyim suallarin bir hissəsidir. Təcili millətdən üzr istəməlisiniz”.

Share: