1939-cu ildən bəri Türkiyədəki ən güclü zəlzələdir

 

“Türkiyədə baş verən zəlzələ 1939-cu ildən bəri baş vermiş ən güclü zəlzələdir”.

Milletinsesi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, o zaman 33 min insan ölmüş, 100 mindən çox insan yaralanmışdı.

Qeyd edək ki, Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

Mənbə

Share: