2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq

2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq.

 

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda keçirilən mitinqdə bildirib.

 

“Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz KAAN səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı. 2028-ci ildə KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq”, – Türkiyə Prezidenti deyib.

 

Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Mənbə

Share: