24 yaşlı R.T. Ərdoğan deputat olmaq istəyir 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni adı daşıyan 24 yaşlı gənc parlament seçkilərində iştirak etmək niyyətindədir.

 

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Nevşehirdən olan Rəcəb Tayyib Ərdoğan AKP-nin deputatı olmaq üçün namizədliyini irəli sürüb.

 

Gənc Ərdoğan jurnalistlərə açıqlamasında kompüter proqramlaşdırma fakültəsini bitirdiyini bildirib.

 

O qeyd edib ki, atası prezident Ərdoğanın 1999-cu ildə şeir dediyi üçün həbs edilməsindən təsirlənib və oğluna onun adını verib.

Mənbə

Share: