“57 faiz Le Peni şəxsən demokratiya üçün təhükə hesab edir…”

Marin Le Pen hələ də Fransa prezidentliyini hədəfləyir. Əsas odur ki, seçicilər onun irqi ayrı-seçkiliyini unutsun…

 

“Le Pen öz partiyasının antisemit və ksenofob ruhunu təmizləməyə can atır və 2027-ci ildə Fransa prezidenti postu uğrunda mübarizə aparmağa ümid edir…”

 

“Bizim yalnız bir siyasi məqsədimiz var: fransız xalqının həyatının yaxşılaşdırılması…”

 

“Fransızların 40 faizi hesab edir ki, Le Penin partiyası hökumətdə iştirak etməyə qadirdir…”

 

 

 

Ultrasağ “Milli Birlik” hərəkatı parlamentdə ən iri müxalif partiya olaraq və prezident Emmanuel Makronun mərkəzçi qruplaşmasına qarşı çıxış edərək Fransa siyasətində təlatümlər yaratmaqda davam edir.

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

Onun sabiq sədri Marin Le Pen dördüncü dəfə 2027-ci ildə Fransa prezidenti postu uğrunda mübarizə aparmağa ümid edir. Bunun üçün o, partiyasının (və özünün) antisemit və bütövlükdə ksenofob ruhunu təmizləməyə can atır və sübut etmək istəyir ki, parlamentdə 89 nəfər ultrasağ qanunvericisi dövləti məsuliyyətlə idarə etməyə qadir olan ciddi siyasi qüvvə kimi çıxış edə bilər.

 

Onun atası, ultrasağ siyasətçi və partiyanın təsisçisi (o zaman “Milli Cəbhə” adlanıb) 1980-ci illərdə parlamentdə etirazçı mövqe tutub. Ondan fərqli olaraq, Marin Le Pen parlamentdən bir növ özünün partiyasını “normallaşdırmaq” niyyəti üçün vitrin kimi istifadə edir.

 

“Əvvəllər opponentləri onları ölkəyə rəhbərlik etmək qabiliyyəti olmayan səriştəsiz, etirazçı partiya adlandırıb, – bunu “Foundation Jean Jaures” analitik mərkəzinin ictimai rəy məsələləri üzrə direktoru Antuan Bristyel deyib. – Əvvəlcə onlar udduqları şəhər toplantılarının köməyilə başqaları kimi yerli səviyyədə idarə edə bilməsini göstərməyə cəhd edib, indi isə qanunvericilərin köməyilə onlar başqaları kimi müxalif partiya olduğunu göstərməyə cəhd edir”.

 

Yanvarın 12-də partiya özünün 50 illik tarixində ilk dəfə olaraq parlament işlərinə rəhbərliyi öz üzərinə götürmək və öz qanunlarını təklif etmək  hüququnu əldə edəcək. Bunun üçün “Milli Birlik” qəsdən özünün Fransanı fransızlar üçün saxlamaq istəyindən danışılan son dərəcə sağ antiimmiqrasiya manifestindən yan keçməyə və bunun əvəzinə sol və digər partiyalarından ideyalar əxz etməyə cəhd edib.

 

Le Pen bəyan edib ki, “yalnız bir siyasi məqsəd var: fransız xalqının həyatının yaxşılaşdırılması”. Təkliflər arasında şirkətləri əmək haqqının 10 faiz artırılmasına sövq etmək, aşağı səviyyəli tullantları olan və, partiyanın fikrincə, kasıb işləyən sürücüləri “cəzalandıran” şəhər zonalarını ləğv etmək və məktəbli forması tətbiq etmək qeyd edilib. Digər partiyalar bu qanunları dəstəkləməkdən imtina edib, lakin “Milli Birlik” debatlardan “sağlam düşüncəyə” əsaslanan siyasətdə yeni yanaşmanı nümayiş etdirmək üçün istifadə edəcək.

 

Bu yol əzablı olub. Le Penin partiyanın təmkinli peşəkar yeni imicinin yaradılması üzrı planları noyabrda, demək olar ki, pozulub, o zaman Le Penin qanunvericilərdən biri Qrequar de Furnas Avropaya gələn miqrantlar barədə debatların ortasında qaradərili sol deputatın ünvanına “Afrikaya qayıt!” şüarını səsləndirib.

 

“Bizim demokratiyamızda irqi-ayrıseçkiliyə yer yoxdur”, – o zaman baş nazir Elizabet Born deyib (yeri gəkmişkən, Xolokostu yaşamış yəhudinin qızıdır). Partiya iddia edir ki, şərhlər düzgün anlaşılmayıb və Le Pen öz qanunvericilərinin publik çıxışlarının qaydalarını sərtləşdirib.

 

O, həmçinin ultrasağ təşkilatlardan məsafə saxlayır, Fransa-Mərakeş futbol oyunundan sonra zorakılıq halları səbəbindən hələ bu yaxınlaradək fəalları cəlb edən ultrasağ qruplarının buraxılmasına çağırış edib.

 

Lakin seçicilər, deyəsən, “Milli Cəbhə”nin dəyişilməsindən öncə kim olduğunu unutmayıb. “Le Monde” və “Franseİnfo” nəşrləri üçün “Kantar-Public-Eroka”nın keçirdiyi rəy sorğusu göstərib ki, partiya “rasist və ya ksenofob şərhlər verib” və ya “aqressiv” olub. Həmin sorğu göstərib ki, Le Pen parlamentdən onun partiyasının nə zamansa ölkəni idarə etmək qabiliyyəti olmayan etirazçı hərəkat olması barədə çoxdankı tənqidlərə qarşı istifadə etməyi bacarıb. 

 

Ümumilikdə, 40 faiz hesab edir ki, partiya hökumətdə iştirak etməyə qadirdir, bu, partiya tarixində ən yüksək göstəricidir. “Milli Hərəkat”ın “demokratiya üçün təhlükə törətməsi”ni hesab edənlər 2017-ci ildəki 58 faizdən 46 faizə enib. Bu zaman şəxsən Le Peni “demokratiya üçün təhlükə” hesab edən fransızlar 57 faiz təşkil edir, bu rəqəm ifrat solçuların lideri Jak-Lyuk Melenşon üçün 39, prezident Makron üçün 36 faiz təşkil edir.

 

“Ipsos” şirkətinin “Jan Jores Fondu” üçün keçirdiyi sorğu göstərib ki, “Milli Hərəkat”ın təbliğ etdiyi cəmiyyətdə mən yaşamaq istərdim” iddiası ilə razı olanlar 32 faiz təşkil edib.

 

Le Penin parlamentdəki strategiyası ondan ibarətdir ki, ideoloji cəhətdən çətin müəyyən edilən qalsın. Bəzən bu partiya Makronun mərkəzçi hökumətinə dəstək verir, məsələn, həyatın qiymətinin aşağı salınması üzrə tədbirlərə səs verir. Bəzən partiya radikal solçuların ideyalarına tərəfdar çıxaraq hökumətə etimadsızlığa dəstək verir. Le Pen bunu “sağlam düşüncə” və “praqmatizm” adlandırır.

 

Lakin “Milli Birlik” digər partiyalardan təcriddə qalır. Hətta xeyriyyəçi futbol oyunu mübahisələrə səbəb olub, bu zaman bəzi solçu və mərkəzçilər oyundan imtina edib, çünki komandada ultrasağ qaninvericilər olub.

 

Müəllif: Aleksandra  Appelberq

Mənbə

Share: