Antalya Böyükşəhər Bələdiyyəsi axtarış-xilasetmə qruplarının gərgin əməyi nəticəsində Kahramanmaraşın Bahçelievler rayonunda 24 yaşlı Doğan Akkök adlı gənc dağıntılar altından sağ-salamat çıxarılıb.
Gəncin əlindən möhkəm tutan qrup üzvləri Doğanın huşunu itirməməsi üçün bir müddət onunla söhbət ediblər. Onlar çətinliklə Doğanı çıxarıblar. Xilasedicilər Doğanın dağıntılar altında olarkən divara “Ümidini itirmə” yazdığını görüblər.
Üç gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Mənbə: Haber Global