64 saat sonra çıxarılan gənc divara həkk etdiyi yazı ilə güc toplayıb

 

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra dağıntılar altında qalan gənc 64 saatdan sonra xilas edilib.

Antalya Böyükşəhər Bələdiyyəsi axtarış-xilasetmə qruplarının gərgin əməyi nəticəsində Kahramanmaraşın Bahçelievler rayonunda 24 yaşlı Doğan Akkök adlı gənc dağıntılar altından sağ-salamat çıxarılıb.

Gəncin əlindən möhkəm tutan qrup üzvləri Doğanın huşunu itirməməsi üçün bir müddət onunla söhbət ediblər. Onlar çətinliklə Doğanı çıxarıblar. Xilasedicilər Doğanın dağıntılar altında olarkən divara “Ümidini itirmə” yazdığını görüblər.

Üç gündən sonra ilk dəfə işığı gördüyünü bildirən Doğan təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Mənbə: Haber Global

Mənbə

Share: