Türkiyəyə yardım edən ölkələrin sayı açıqlandı

 

Türkiyəyə yardım edən ölkələrin sayı açıqlanıb.

Milletinsesi.az TRT Haber-ə istinadən xəbər verir ki, hazırda Türkiyədə 51 ölkədən olan axtarış-xilasetmə qrupları fəaliyyət göstərir.

Ümumilikdə 94 ölkə Türkiyəyə yardım etməyə hazır olduğunu bildirib. Hazırda zəlzələ bölgələrində 5125 nəfər əcnəbi xilasedici işləyir. Xilasetmə işlərinə 257 it cəlb olunub.

Məlumatda, həmçinin qeyd olunub ki, bundan sonra daha 3554 əcnəbi xilasedicinin Türkiyəyə gəlməsi gözlənilir.

Mənbə

Share: