“Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”

 

Cəlil Xəlilov: “Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq”

“Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib”.

Milletinsesi.az Moderator.az-a istinadən xəbər verirki bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, yardım aksiyasında Təşkilatın həm mərkəzi aparatı, həm də rayon təşkilatları aktiv iştirak edib:

“Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi, on minləlrə insanın yaralanması, evindən-eşiyindən məhrum olması Azərbaycan xalqının dərin kədərinə və təəssüfinə səbəb olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti Türkiyəyə xilasedicilər, tibbi ləvazimatlar, humanitar yardım vasitələri çatdırıb, qardaş ölkəyə ilk dəstək verən dövlət olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyeva da ilk dəqiqələrdən Türkiyədəki zəlzələdə zərərçəkənlərə ciddi dəstək verib, qardaş ölkəyə irimiqyaslı humanitar yardımların göndərilməsini təmin edib. Hansı ki, bu yardımlar hazırda da davam edir.

Zəlzələdən dərhal sonra Azərbaycanda  Türkiyəyə yardım məqsədi ilə geniş aksiya və kampaniyalara start verilib. Bu cür yardım aksiyalardan biri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən həyata keçirilib. Aksiyada Təşkilatımızın mərkəzi aparatı ilə yanaşı, yerlərdəki rayon təşkilatları da aktiv iştirak edib, xüsusi fəallıq sərgiləyiblər.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, o cümlədən yerlərdəki üzvləri tərəfindən toplanan maddi yardım Türkiyə tərəfinə təqdim olunub.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bir çox üzvləri maddi yardımla yanaşı, zəlzələdən zərərçəkənlərə  məişət əşyaları,  yataq dəstələri və digər vasitələrlə də köməklik göstəriblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bildiririk ki, Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq.

Zəlzələdə həlak olan qardaş-bacılarımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Azərbaycan xalqı hər bir fərdi  ilə Türkiyənin yanındadır və bundan sonra da yanında olacaq”.

Seymur ƏLİYEV

Mənbə

Share: