79 yaşlı qadın eyvandan yıxılıb ÖLDÜ

Bakıda 79 yaşlı qadın eyvandan yıxılaraq ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi ev 76, mənzil 4 ünvanında baş verib.

 

Həmin ünvanda tək yaşayan 1944-cü il təvəllüdlü Məmmədli Ellaida Mirəsgər qızı 2-ci mərtəbənin eyvanından  yıxılıb. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, orada vəfat edib.

 

Faktla bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə

Share: