BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar ertəsi , Avqust 19 2019

İqtisadiyyat

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi tutduğu vəzifədən ayrılıb

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova tutduğu vəzifədən ayrılıb. Bu barədə Trend-ə QSC-nin mətbuat şöbəsindən məlumat veriblər. Bildirilib ki, 4 ildir adıçəkilən vəzifədə çalışan S.Qədirova fəaliyyətini bundan sonra Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi kimi davam etdirəcək.

Davamı

400 ton kartof və kivi İran və Gürcüstana geri qaytarıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları İran və Gürcüstana geri qaytarılıb. Milletinsesi.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Agentlik sədri həmçinin qeyd edib ki, aşkar olunan ...

Davamı

Pensiyaların artırıması rəsmən təsdiqini tapdı

Milli Məclisin plenar iclasında “Əmək pensiyaları haqqında” Qanununa dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Milletinsesi.az xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum ...

Davamı

Siqaret və spirtli içkilərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Siqaret və spirtli içkilərin qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Milletinsesi.az-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Volkswagen Jetta” markalı ...

Davamı

Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv edilir

“Azərbaycan Dəmir Yolları” QSC iyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarını ləğv edəcək. Bu barədə “APA-Economics”a QSC-dən bildirilib. Məlumata əsasən, sərnişinlər bu istiqamət üzrə Bakı-Böyük Kəsik qatarından istifadə edə biləcəklər. “İyulun 15-dən Bakı-Ağstafa-Qazax qatarı ləğv olunacaq və bu istiqamətdə yalnız bir qatar – Bakı-Böyük Kəsik hərəkət edəcək”, – deyə QSC-dən bildirilib. “Azərbaycan ...

Davamı

Azərbaycanda 403 nəfər qida zəhərlənməsinə məruz qalıb, 2-si ölüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinin icrasına başladığı tarixdən etibarən 1003 nömrəli “Çağrı Mərkəzi”nə vətəndaşlar tərəfindən istehlakçı hüquqlarının pozulması və ümumilikdə 17 241 digər xarakterli müraciət daxil olub. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunan tədbirdə deyib. Agentlik sədrinin sözlərinə görə, müraciətlərdən 359-u qida ...

Davamı

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Milletinsesi.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,52 ABŞ dolları artaraq 66,55 dollara bərabər olub.

Davamı

Yekaterinburqda “Azərbaycan Şərab Evi” açıldı

Rusiyanın Yekaterinburq şəhərində “Azərbaycan Şərab Evi” açılıb. İqtisadiyyat Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, bu, Azərbaycanın xarici ölkədə açılan 3-cü Şərab Evidir. “Azərbaycan Şərab Evi”nin açılışında nazir Şahin Mustafayev, Rusiyanın Sənaye və icarət naziri Denis Manturov, Azərbaycan sahibkarları və Rusiyanın şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri və digər şəxslər iştirak ...

Davamı

DGK büdcəyə ödənişləri 28% artırdı

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 065,161 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446,164 mln. manat və yaxud 27,6% çoxdur. DGK-dən Milletinsesi.az-a verilən məlumata görə, 6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları ...

Davamı

Azərbaycanın “ən böyüyü” Türkiyədə qida şirkətini alır

Türkiyənin süd və süd məhsullarının istehsalı ilə məşğul olan, yarım əsrdir fəaliyyət göstərən “Yörsan Gida Mamülleri San. Ve Tic. AŞ” şirkətinin Azərbaycan firmasına satılması üçün danışıqlar gedir. Virtualaz.org xəbər verir ki, şirkəti 4 il əvvəl “Abraaj Group” alıb, amma Türkiyədə yaşanan iqtisadi geriləmələrlə bağlı olaraq “Yörsan” maliyyə böhranına düçar olub. ...

Davamı