“Paşa Bank , YAŞAT Fondu və ASAN Könüllülərinin şəhid övladlarına qayğısı təqdirəlayiqdir”

 

“Paşa Bankın tərəfdaşlığı , YAŞAT Fondu və ASAN Könüllülərinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün III “YAŞAT” düşərgəsi təşkil olunub.

Milletinsesi.az-a açıqlama verən millət vəkili Azər Badamov şəhid ailələrinə göstərilən bu diqqətin qürurverici olduğunu bildirib. Millət vəkili qeyd edib ki, “Paşa Bank”ın digər dövlət qurumları ilə birlikdə şəhid ailələrinin yanında yer alması mühüm əhəmiyyət kəsb edir:

“Paşa Bank”ın tərəfdaşlığı , YAŞAT Fondu və ASAN Könüllülərinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün III “YAŞAT” düşərgəsi təşkil olunmasını çox təqdirəlayiq hal hesab edirəm.

YAŞAT Fondu yaradılan ilk gündən bu fondun fəaliyyətində özəl sektor aktiv iştirak edir. Şəhid ailələri və qazilər ən yüksək qayığı və diqqətə layiqdirlər. YAŞAT Fondu mərkəzləşdirilmiş qaydada bu kateqoriyadan olan insanların yanında olmağa çalışır. Təbii ki, şəhid övladlarına qayığı və diqqət daha çox olmalıdır. Onların ataları 30 il işğal altında qalmış torpaqları öz qanı bahasına azad etmişdir.

Özəl sektor şəhid övladlarının sağlam, dünya görünüşlü və layiqli vətəndaş kimi böyümələri üçün onların yanında olmağa çalışır. Belə bir təcrübəni dünyada birinci dəfə Azərbaycanda özəl sektor tərəfindən icra edilir. Şəhid övladına qayğı ilə yanaşan hər bir özəl biznes strukturunun fəaliyyəti, onun vətənə bağlılığı ilə seçilməsi deməkdir. Bu işdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.

Seymur ƏLİYEV

Mənbə

Share: