Valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini AMB müəyyən edəcək

Azərbaycanda valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini Azərbaycan Mərkəzi Bankı (AMB) müəyyən edəcək.

Milletinsesi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Valyuta tənzimi haqqında” Qanuna dəyişiklik edilməsi barədə fərmanında öz əksini tapıb.

Fərmana əsasən, valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına, yəni AMB-yə ərizə ilə müraciət etməlidir.

Eyni zamanda, valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləğini də AMB müəyyənləşdirəcək.

Quruma tövsiyə edilib ki, aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib dövlət başçısına məlumat versin:

– valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi;

– məlumatın forması;

– valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləği;

– valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarı, habelə mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarı.

Mənbə

Share: