Bakıda mənzildən meyit tapılıb.
Milletinsesi.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb. Mənzildə 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyiti aşkar edilib və aidiyyatı üzrə təhvil verilib.