İsrail Prezidenti Azərbaycana səfər edəcək

İsrail Prezidenti İshaq Hersoq mayın 30-da Azərbaycana səfərə gələcək.

 

Modern.az bu barədə İsrail mediasına istinadən xəbər verir.

 

Məlumata görə, Yaxın Şərq ölkəsinin başçısının səfəri iki gün davam edəcək. Rəsmi şəxslərdən əlavə, Hersoq Azərbaycanın yəhudi icmasının nümayəndələri ilə görüşməyi və İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunmuş xüsusi tədbirdə iştirak etməyi planlaşdırır.

 

Bildirilir ki, İsrail Prezidentinin səfərinin əsas məqsədi iki dövlət arasında strateji əlaqələrin gücləndirilməsidir.

 

Qeyd edək ki, Bakıya səfərində Hersoqu İsrailin daxili işlər və səhiyyə naziri Moşe Arbel müşayiət edəcək.

Mənbə

Share: