Laçında təcili tibbi yardım briqadası fəaliyyətə başladı

Laçında təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyətə başlayıb.

 

TƏBİB-dən Modern.az-a bildirilib ki, tibb personalı növbəlilik prinsipi ilə 7/24 fəaliyyət göstərəcək.

 

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları Bakı şəhəri “113” xidmətindən, Xocavənd Rayon Mərkəzi Xəstəxanasından və Laçın Rayon Mərkəzi Xəstəxanasından növbəlilik əsasında ezam olunub.

 

Bundan əlavə, Laçına ötən gün köçən 17 pasiyentə tibb personalı tərəfindən arterial hipertenziya, şəkərli diabet, günvurma səbəbilə yerində yardım olunub.

Xatırladaq ki, TƏBİB tərəfindən Laçına köçürüləcək ailələrin bütün respublika üzrə tibbi müayinələri də təşkil edilib.

Mənbə

Share: