Bakıda taekvondo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilir.
Modern.az-ın məlumatına görə, iyunun 4-də başa çatacaq mundialda 145 ölkədən 949 idmançı qüvvəsini sınayacaq.
Taekvondoçular yarışda 16 dəst medal uğrunda mübarizə aparacaqlar.
Çempionatda Azərbaycanı Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. Cavad Ağayev (68 kq) bu gün dayanq üzərinə çıxıb, 1/16 finalda mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda keçirilir. Ölkəmiz mundialı qəbul edəcək Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşəcək.