Rusiya Avropada adi silahlar haqqında əsas müqavilədən çıxdığını təsdiq edib

“Bu müqavilə “soyuq müharibə” dönəmində NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında gərginliyin zəiflədilməsinin sonuncu mərhələsi olub…”

 

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) Avropa ölkələrində silahlarln miqdarının limitini müəyyən edib 

 

Rusiya prezidenti Vladimir Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin denonsasiyası (ləğv edilməsi) haqqında qanun imzalayıb.

 

Moderator.az xəbər verir ki, bu sənəd Rusiya Dövlət hüquqi informasiya portalında dərc edilib. Məlumatı “unian.net” nəşri yayıb.

 

“Avropada Adi Silahlı Qüvvələr haqqında 19 noyabr 1990-cı ildə Parisdə imzalanmış Müqavilə ləğv edilsin”, – sənəddə deyilir.

 

Həmçinin deyilir ki, sənədi Rusiya Dövlət Duması mayın 16-da, Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurası mayın 24-də təsdiq edib.

 

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə nə deməkdir?

 

Bu müqavilə “soyuq müharibə” dönəmində qarşı-qarşıya duran əsas tərəflər-NATO və Varşava Müqaviləsi Təşkilatı arasında münasibətlərdə “gərginliyin zəiflədilməsinin” sonuncu mərhələsi olub.

 

Bu müqavilə Varşava blokunun de-fakto mövcudluğuna artıq son qoyulduğu zaman, 19 noyabr 1990-cı ildə imzalanıb.

 

Nəzəri cəhətdən bu müqavilə Nüvə Silahının Məhdudlaşdırılması haqqında Müqaviləyə (NSMM) əlavə olub və Avropada, Atlantikadan Uraladək adi silahların (tanklar, döyüş zirehli maşınlar, artilleriya, döyüş təyyarələri və helikopterlər) nizamlanmasını nəzərdə tutub.

 

Sənədi imzalayan hər bir ölkə üçün silahların miqdarına kvota müəyyən edilib.

 

SSRİ-nin dağılmasından sonra həm NATO, həm də postsovet ölkələrində adi silahların sayı sürətlə azalıb.

 

Ona görə də Rusiyanın 2007-ci ildə müqavilədə öz iştirakına xitam verməsi praktiki əhəmiyyət kəsb etməyib. 

 

2015-ci ildə Ukraynaya qarşı hibrid müharibəsindən sonra Rusiya Federasiyası AASQM-dən çıxması barədə bəyan edib, bu niyyətini yalnız indi gerçəkləşdirib.

Mənbə

Share: