Bu il Azərbaycanda yazlıq əkinlər dövründə 1 min 242,6 hektar sahədə tütün əkini aparılıb.
Modern.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün əkinlərinin sahəsi 55,9 % artıb. Nazirlik bildirir ki, əkin davam edir.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 261,4 milyon manatlıq tütün məmulatları istehsal edilib ki, bu da, illik müqayisədə 9,8 % çoxdur. Hesabat dövründə tütün məmulatlarından siqaret və siqar istehsalı 25,2 % artaraq 4 milyard 703,1 milyon ədədə çatıb, tütün istehsalı isə 86,8 % azalaraq 223,2 tona enib.